CLİMASERVİCE şirkətinin təqdim etdiyi bütün xidmət istiqamətləri üzrə layihəçi-mühəndis heyəti mövcuddur. Şirkətimizin mühəndis qrupu bina mühəndis sistemlərini həm kompleks şəkildə hazırlayır, həm də onun ayrı-ayrı hissələrini layihələndirib ümumi sistemə mükəmməl şəkildə inteqrasiyasını təmin edir. Layihəçi-mühəndis qrupunun birgə fəaliyyəti mükəmməl layihə həllidir ki, bu da Sizə əlavə iş və xərclərindən yaxa qurtarmağa, funksional sistemə sahib olmağa, istismar işlərinin ucuz və operativ aparılmasına imkan verəcək.
Şirkətimiz layihədə təqdim edilən istənilən avadanlığı yerli və xarici bazardan Sizə “birinci əl” prinsipi ilə təmin edərək layihənin dəyərinin bir xeyli aşağı salmağa imkan yaradacaq. Ehtiyat hissə və aksesuarların operativ şəkildə çatdırılması texniki qulluq və təmir işlərinin sürətinə müsbət təsir edəcəkdir. CLİMASERVİCE şirkəti satdığı bütün avadanlıqlara istisnasız olaraq zəmanət verir.
Ən tanımış və bahalı avadanlıq belə düzgün quraşdırılmadığı təqdirdə öz funksionallığını təmin edə bilməz. Düzgün və keyfiyyətli montaj isə ixtisaslı, təcrübəli və tam material-texniki bazaya malik texniki işçi heyətinin olmasını şərtləndirir. CLİMASERVİCE şirkəti məhz bu kriteriyalara cavab verən texniki personal heyətinə malikdir. Daim öz üzərində çalışma, mütamadi treninq və təcrübə mubadiləsi texniki heyətin daim inkişaf edən texnologiya bazarından xəbərdar olmasını təmin edir.
Növündən və təyinatından asılı olmayaraq bütün avadanlıqların istehsalçı tərəfindən müəyyən edilmiş qaydada dövri texniki qulluğa ehtiyacı vardır. Vaxtlı-vaxtında göstərilən texniki qulluq işləri avadanlığın iş resursunu artırar, elektrik enerjisinə qənaət etməyə imkan verər, qəfil sıradan çıxmaları minimuma endirmiş olar ki, bu da son nəticədə nəzərdə tutulmayan xərclərdən Sizi xilas etmiş olar. CLİMASERVİCE şirkətinin ixtisaslı işçi briqadaları öz material-texniki bazaları ilə istənilən avadanlığa texniki qulluq işlərini yüksək səviyyədə həyata keçirmək imkanlarına malikdirlər.
Hər bir avadanlıq gec-tez sıradan çıxır. Bu zaman sıradan çıxmış avadanlığın ehtiyat hissə ilə təmin edilməsi və təmir işlərinin operativliyi Sizin diskomfortunuzla tərs mütənasibdir. Məhz bu tərs mütənasibliyi təmin etmək üçün CLİMASERVİCE şirkəti öz təchizat şöbəsi və təmir briqadaları ilə sərəncamınızdadır. İstənilən avadanlığın istənilən hissəsi dünyanın harasında olursa olsun gətirilməsi və təmir işlərinin yuksək keyfiyyətlə həyata keçirilməsi – məhz bu CLİMASERVİCE şirkətinin başlıca fərqləndirici xüsusiyyətidir.