logo1İstənilən fəsildə arzuladığınız iqlim.

  • 01ventas.png
  • 02prana.png
  • 03devi.png
  • 04danfoss.png
  • 05climaventa-2.png
  • 06aht.png
  • 542_clint_logo.png
  • Armstrong-Logo.png
  • beko_2.png
  • buderus-logo1.png
  • Carrier-Logo-1-98356.png
  • duyar.png
  • emerson_process_management.png
  • Erensan-Logo.png
  • fujitsu.png
  • gree-logo-png.png
  • Grundfos_logo.png
  • hilti.png
  • lg_3.png
  • Logo_color_en.png

Bina mühəndis avadanlıqlarının təmir-bərpası, reqlamentə uyğun birdəfəlik və dövri texniki qulluq (servis) işləri.

         CLİIMASEVİCE şirkəti  olaraq  biz mühəndis sistemlərinin təmir-bərpa və texniki qulluq işləri üzrə ixtisaslaşmışıq. Bizim mütəxəssislər VENTAS, PRANA, CLİMAVENETA, DANFOSS, DEVİ, MİTSUBİSHİ, SYSTEMAİR, GREE, MDV, TRANE, ERENSAN, EMERSON, WILO və başqa bu kimi dünyaca tanınmış brendlərin avadanlıqları ilə yaxından tanışdırlar.     

Bizə müraciət etməklə Siz aşağıda qeyd edilən üstünlükləri əldə edəcəksiniz:

Sifarişə operativ reaksiya

     Bizim qaynar xətt əlaqə vasitələrimizdən istifadə edərək  24/7 prinsipi ilə işləyən SİFARİŞ QƏBULU xidmətimizdən yararlana bilərsiniz. Probleminizin nədən ibarət olduğunu öyrənərək mütəxəssizlərimiz operativ şəkildə sifarişinizə reaksiya verəcəkdir.Bizim qaynar xətt əlaqə vasitələrimizdən istifadə edərək  24/7 prinsipi ilə işləyən SİFARİŞ QƏBULU xidmətimizdən yararlana bilərsiniz. Probleminizin nədən ibarət olduğunu öyrənərək mütəxəssizlərimiz operativ şəkildə sifarişinizə reaksiya verəcəkdir.

İşə məsuliyyətli yanaşma

     Mütəxəssislərimizin diqqətindən heç bir detal qaçmayacaq. Biz təkcə nasazlığın “simptomlarını” deyil, onun səbəbini  aradan qaldırırıq ki, bu da öz növbəsində problemlərin təkrar yaranmasının qarşısını alır.

İxtisaslı və təcrübəli mütəxəssislərin xidmətləri

     Bizə müraciət edərkən Siz probleminizi işin incəliklərinə bələd olan mütəxəssislərə etibar edirsiniz. Mütəmadi olaraq ixtisas artırma kurslarına cəlb edilən mütəxəssislərimiz istenilən avadanlıqlardakı  yenilik və innovasiyalardan xəbərdar olurlar və deməli daha effektiv təmir-bərpa, servis işlərini həyata keçirirlər. Keyfiyyə nəzarət bölməsinin əməkdaşları isə işlərin keyfiyyətlə görülməsi yoxlayıb  Sizə lazımı zəmanəti təqdim edirlər.

Təmir-bərpa: 

     Hər bir avadanlıq gec-tez sıradan çıxır. Bu zaman sıradan çıxmış avadanlığın ehtiyat hissə ilə təmin edilməsi və təmir işlərinin operativliyi Sizin diskomfortunuzla tərs mütənasibdir. Məhz bu tərs mütənasibliyi təmin etmək üçün CLİMASERVİCE şirkəti öz təchizat şöbəsi və təmir briqadaları ilə sərəncamınızdadır. İstənilən avadanlığın istənilən hissəsi dünyanın harasında olursa olsun gətirilməsi və təmir işlərinin yuksək keyfiyyətlə həyata keçirilməsi – məhz bu CLİMASERVİCE şirkətinin başlıca fərqləndirici xüsusiyyətidir.

Texniki qulluq (servis): 

     Növündən və təyinatından asılı olmayaraq bütün avadanlıqların istehsalçı tərəfindən müəyyən edilmiş qaydadadövri texniki qulluğa ehtiyacı vardır. Vaxtlı-vaxtında göstərilən texniki qulluq işləri avadanlığın iş resursunu artırar, elektrik enerjisinə qənaət etməyə imkan verər, qəfil sıradan çıxmaları minimuma endirmiş olar ki, bu da son nəticədə nəzərdə tutulmayan xərclərdən Sizi xilas etmiş olar. CLİMASERVİCE şirkətinin ixtisaslı işçi briqadaları öz materialtexniki bazaları ilə istənilən avadanlığa texniki qulluq işlərini yüksək səviyyədə həyata keçirmək imkanlarına malikdirlər.

Uyğun qiymət

      Siz əmin ola bilərsiziniz ki, qiymətləndirmə menecərlərimizin təyin etdikləri qiymətlər tamdır və işlərin qiymətləndirilməsi zamanı müəyyən edilən məbləğdən artıq əsaslandırılmamış xərciniz çıxmayacaqdır. Biz müştərilərimizdən işlərin keyfiyyətlə görülməsi üçün  lazım olandan artıq heç nə almırıq!

    Texniki qulluq işlərini CLİMASERVİCE şirkətində sifariş verməklə Siz uzun müddət mühəndis avadanlıqlarınızla bağlı problemləri unutmuş olarsınız. Müntəzəm dövri texniki qulluq (servis) işləri Sizə avadanlığınızın vaxtından əvvəl sıradan çıxmasının qarşısını alar, qənaət etmənizi təmin edər  və avadanlığın  resursunu xeyli artırmış olar.

Avadanlıqlarınızı peşəkarlara etibar edin!