Presizion / həssas kondisionerlərin fərqli cəhətləri onların bütöv  il ərzində verilmiş dəqiq temperatur və rütubət göstəricilərinin saxlamaq imkanının olmasıdır. Eyni zamanda bu sistemlərin çox kəskin şaxtalarda (-35 dərəcəyə qədər) işləmək imkanının olmasını da xüsusi qeyd etmək lazımdır.

      Presizion / həssas kondisionerlərin filtrləri ən xırda toz hissəciklərini belə təmizləməyə qadirdirlər. Məhz bu səbəbdən qeyd edilən sistem ATS, DATA-Mərkəs, Server otaqları, muzey, laboratoriya və s. tipli sahələrə qulluq edilməsi üçün idealdır.

      Presizion / həssas kondisionerlərin məhz bu xassələri avadanlığın həm mexaniki, həm də elektron hissələrinə çox dəqiq və peşəkar texniki qulluğu / servisi şərtləndirir. Bu kondisioner sisteminin qulluq etdiyi obyektin vacibliyini nəzərə alsaq o zaman texniki qulluq işlərinin nə qədər vacib olduğun anlaşılar.  Şirkətimizin sertifikatlı və təcrübəli mütəxəssisləri bu tip avadanlıqlarınızda istənilən probleminin yaranmasının qarşısını almaqda yardımçınız olar, hər hası səbəbdən sıradan çıxmış avadanlığınızı qısa meddətdə təmir-bərpa edərlər.

Presizion/əssas kondisionerlərə texniki qulluğun reqlamenti:

  1. Çirklənmə, zədələnmə, birləşmələrin korroziyasının və etibarlılığının yoxlanılması;
  2. İdarəetmə sisteminin elektrik birləşmələrinin mexaniki etibarlılığının yoxlanılması;
  3. Ventilyatorun balansının, titrəşiminin yoxlanması;
  4. Ventilyatorun işçi səthlərinin təmizlənməsi;
  5. Ventilyatorun işçi cəryan şiddəti və gərginliyinin ölçülməsi;
  6. Hava klapanının çirkliliyinin yoxlanması, lazım olarsa təmizlənməsi;
  7. Drenaj nasosunun işinin yoxlanılması (çirklənməsi, hermetikliyi, bağlanması);
  8. Soyutma konturunun hermetikliyinin yoxlanması;
  9. Soyutma konturunun boru və izolyasiyalarının yoxlanması;
  10. Soyutma konturunun təzyiqinin ölçülməsi;
  11. Soyutma konturunun kondesasiyasının təzyiqinin yoxlanması;
  12. Soyutma konturunun yüksək və alçaq təzyiq sensorlarının yoxlanılması;
  13. Soyutma konturunun buxarlandırıcısının yoxlanması və təmizlənməsi;
  14. Soyutma konturunun istilik nizamlama ventilinin (İNV) işinin yoxlanılması;
  15. Soyuducu mayenin soyutma konturunun daxili blokuna giriş və çıxışındakı temperatur və təzyiqinin ölçülməsi;
  16. Soyutma konturunun elektromaqnit klapanının işinin yoxlanması;
  17. Buxarlandırıcıda donmanın olmamasından əmin olmaq;
  18. Soyutma konturuna freon əlavə edilməsi (ehtiyac olarsa);
  19. Çöl kondensatorun hermetikliyinin yoxlanması;
  20. Çöl kondensatorun ventilyatorunun yoxlanması;
  21. Çöl kondensatorun təmizlənməsi;
  22. Çöl kondensatorun kondensasiya Variex təzyiqinin nizamlayıcısının işinin yoxlanması;
  23. İdarəetmə sisteminin ayarlarının düzgunlüyünün, funksionallığının və həmçinin avadanlığa düzgün istismar edilməsinin yoxlanılması;
  24. İdarəetmə sisteminin kontroller və displeylərinin yoxlanması;
  25. İdarəetmə sisteminin elektron giriş siqnallarının ( sensorlar, kontrollerlər, idarəetmə parametrləri) nominal və verilənlərə uyğunluğunun yoxlanılması;
  26. Qış mövsümündə soyutma konturunun qış komplektinin (əks klapan, Lowtex klapanı, kondesasiyanın təzyiqinin nizamlayıcısının) sazlığının və iş qabiliyyətinin yoxlanması;