Yaşayış və ya qeyri-yaşayış binasını su ilə təmin etmək mürəkkəb, lakin vacib məsələdir. Nasaz  sistem diskomfort və əlavə xərc mənbəyidir.  

     Müasir su təchizat sistemləri sözsüz ki, elekronikanın tətbiqi nəticəsində daha etibarlı və effektiv olmuşdur. Lakin bu öz növbəsində qeyd edilən sistemə daha həssas və peşəkarcasına yanaşmanı şərtləndirir. Odur ki, «Climaservice» şirkətinin peşəkar mütəxəssislərinin aşağıda qeyd edilən xidmətlərindən istifadə etməklə su təchizatı sisteminizinin daha etibarlı və fasiləsiz işləməsini təmin etmiş olarsız:

  • Sistemin texniki vəziyyətinin tam diaqnostikası (qüsur aktı tərtib edilməklə).
  • Planlı texniki qulluq, nasazlıqların aradan qaldırılması, lazım gələrsə avadanlığın dəyişdirilməsi.
  • Qəza və planlı təmir işləri.
  • 24/7 prinsipi ilə qəza çağırışlarına reaksiya.

      Su təchizat sisteminə keyfiyyətli texniki qulluğun (servisin) göstərilməsi vəsait və vaxt itkisinə səbəb ola biləcək nasazlıqların əmələ gəlmə riskini xeyli azaldacaqdır. Bizə müraciət edərkən işimizin keyfiyyətindən narazı qalmayacaqsınız. Bizim mütəxəssislər ən müasir diaqnostika və texniki qulluq avadanlıqlarına, lazımi bilik və ən əsası bol təcrübəyə malikdirlər.  Bütün bu keyfiyyətlərə baxmayaraq şirkətimizin qiymət siyasəti Sizi yaxşı mənada təəcübləndirəcəkdir.

      Climaservice şirkəti su təchizat sisteminin diaqnostika və dövri texniki qulluq/servisi çərçivəsində aşağıda qeyd edilən işləri yerinə yetirir:

  • Su təchizat sisteminin avadanlıq və cihazlarına ümumi vizual baxış;
  • Birləşmə və keçidlərin yoxlanması (sıxma, kipləşdirmə və sızıntının aradan qaldırılma işləri);
  • Kompressorun sazlanması;
  • Sistemdəki təzyiqin girişdə və çıxışdakı göstəricilərinin ölçülməsi;
  • Hava klapanlarının yuyulması, çirklənmənin və borudakı çöküntünün təmizlənməsi;
  • Şəbəkədəki havanın çıxarılması;
  • Suyun tərkibinin keyfiyyətinin analizi;
  • Filtrasiya (süzmə) elementlərinin yoxlanması, lazım olarsa dəyişdirilməsi;
  • Ümumilikdə sistemin iş qabiliyyətinin yoxlanması və qiymətləndirilməsi.

     Şirkətimiz həmçinin su təchizat sisteminin ilkin vəziyyətinin əldə etməsi üçün  istənilən təmir-bərpa işlərini də həyata keçirir.

     Su təchizat sisteminizə peşəkar mütəxəssislərin köməyi ilə müntəzəm texniki qulluq edin. Peşəkar  profilaktik tədbirlər və istismara dair təlimatlandırmalar sisteminizin uzunmüddətli və etibarlı fəaliyyətinin təminatçısıdır.