Havalandırma sistemi yaşayış və qeyri yaşayış sahələrində havanın tam olaraq yenilənməsi üçün nəzərdə tutulmuşdur.  Havalandırma sisteminin əsas vəzivəsi qapalı sahələrdə havanın temperaturunun, rütubətinin və təmizliyinin normalara uyğun saxlanmasından ibarətdir.

Havalandırma sisteminin aşağıdakı tipləri mövcuddur:

► Vurucu                          ► Sorucu                     ► Vurucu-sorucu       

Vurucu havalandırma qurğuları     

     Vurucu qurğular  - havalandırma kanallları ilə küçədən təmiz havanın iç məkana vurulması üçün nəzərdə tutulmuş guclü aqreqatlardır. Vurucu havalandırma sistemi ilə mərkəzi kondisioner sistemi arasındakı fərq demək olar ki, eyni funksiyanı daşıdığı və sistemdə oxşar modullardan istifadə edildiyi üçün çox azdır. Əsas fərq sistemlərin yerinə yetirdiyi vəzifələrdədir. Vurucu havalandırma qurğuları təmiz havanı qızdıraraq (qış mövsümündə) hava kanalları vasitəsi ilə istismar sahələrinə paylayır.       

Sorucu havalandırma qurğuları     

     Sorucu havalandırma qurğuları qapalı istismar sahəsinə girən və çıxan havanın balansını yaratmaq və çirkli, zərərli havanın çölə atılması üçün nəzərdə tutulmuşdur. Sorucu qurğu  bir korpusda (sistemdə) yığılmış ventilyator, avtomatika və nizamlayıcı klapanlardan ibarətdir.         

Sorucu-vurucu havalandırma qurğuları     

     Sorucu-vurucu havalandırma qurğuları çöldən havanın qızdırma və təmizləmə imkanlarını saxlayaraq qapalı istismar sahəsinə verilməsini və işlənmiş havanın içəridən çölə atılmasını təmin edir. Sorucu-vurucu havalandırma qurğuları həmçinin sahələrdəki (basseyn, hamam və s.) havanın qurudulması üçün də istifadə edilir. İstismar xərclərinin azaldılması məqsədi ilə son zamanlar enerji geri qazanım (rekuperasiya, AHU) avadanlıqlarından geniş istifadə edilməyə başlanılmışdır.

Havalandırma sisteminə texniki qulluğun reqlamenti:

  1. Avadanlığın vizual nəzərdən keçirilməsi, birləşmələrin, düyün və sıxacların yoxlanılması;
  2. Elektrik birləşmələrinin , gərginliyin, cərəyanın yoxlanılması;
  3. Havalandırmanın elektrik hissələrinin , nizamlayıcı klapanların və arakəsmələrin yoxlanması və lazım olarsa nizamlanması; 
  4. Hava filtrlərinin vəziyyətinin yoxlanması və təmizlənməsi;
  5. Mühərrik qayışlarının vəziyyətinin yoxlanması, lazım olarsa sazlanması və dartılması;
  6. Qəza-müdafiə vasitələrinin yoxlanılması;
  7. İstilikmübadiləedicinin yoxlanılması və təmizlənməsi;
  8. Ventilyator və elektrik mühərrikinin podşibniklərinin yağlanması;
  9. Pərlərin təmizlənməsi, yoxlanılması və lazım olarsa tarazlaşdırılması;
  10. Göstəricilərin (parametrlərin) sazlanması və nizamlanması.     

     Havalandırma sistemlərinə texniki qulluq və təmir işlərində böyük təcrübəyə malik olan mütəxəssislərimiz bütün nazaslıqların aradan qaldırılması və avadanlığınızın uzun müddət etibarlı və səmərəli işləməsi üçün lazımi işlərin görülməsində Sizlərə yardımçı olacaqdırlar.  Həmçinin qiymətli təlimat və məsləhətlərimizi də Sizlərdən əsirgəməyəcəyik.