CHİLLER – Fancoil soyutma sistemləri

      Bütün mürəkkəb, bahalı, lakin əvəzedilməz texnikalar kimi sənaye tipli soyuducu maşınlar (CHİLLERLƏR) da daim nəzarət və texniki qulluq tələb edir. Unutmaq lazım deuil ki, baxımsızlıqdan sıradan çıxmış soyuducu maşınların yenilənməsi texniki qulluq/servis xərclərini yüzlərlə dəfə üstələyir. 

Chiller-fankoil qurğularına ən azı ildə iki dəfə (yaz, payız) texniki qulluq/servis göstərilməsi israrla tövsiyyə olunur!

Soyuducu maşınlara - CHİLLERƏ texniki qulluq/servis işlərinin təsnifatı:

Avadanlığın vəziyyətinə baxışın keçirilməsi:

  1. Mexaniki zədələrin olub olmamasının yoxlanılması;
  2. Bağlantılarln və qoruyucu qapaqların yoxlanılması;
  3. Kompressorda yağın səviyyəsinin yoxlanılması;
  4. Yağın və ya soyuducu mayenin sızıntı yerinin təyin edilməsi;
  5. Ventilyator və kompressorun artmış vibrasiyasını təyin edilməsi;
  6. Kondensatorların istilikmübadiləedicisinin səthinin təmizliyinin yoxlanılması;
  7. Soyudulan mayenin çıxışdakı temperaturunun ölçülməsi;
  8. Sorulmada təzyiq və temperatura nəzarət edilməsi;
  9. Boşalmada təzyiq və temperatura nəzarət edilməsi;
  10. Yağın təzyiqinə nəzarət edilməsi;
  11. Kontrollerin əsas göstəricilərinin yoxlanılması;
  12. Karter qızdırıcısının fəaliyyətinin yoxlanılması;

Test işləri:

  1. CHİLLERİN iş rejimlərinə görə (qızma, donma, freonun miqdarı)test edilməsi;
  2. Mikroprosessorun zavod ayarlarında  təyin edilmiş parametrlərinə görə test edilməsi;
  3. Qapadıcı və nizamlayıcı klapanının işinin test edilməsi;
  4. Kompressor və ventilyatorların  gərginlik və cəryanda işinin test edilməsi;
  5. Elektrik və siqnal naqillərinin ötürücülüyünün test edilməsi;
  6. Avtomatika cihazlarının test edilməsi;
  7. Yağların turşuluğunun analizləri;
  8. Temperatur və təzyiq sensorlarınının işinin test edilməsi;
  9. Qidalanmanın gərginliyinin yoxlanması;
  10. Kompressor və soyutma xəttinin elektromaqnit klapanlarının işinin test edilməsi;

Nizamlanma, ayarlanma və doldurulma.

  1. Freon sızıntısının tapılması və aradan qaldırılması.
  2. Elektrik birləşmələrinin kontaktlarının sıxılması;
  3. Temperatur və təzyiq sensorlarının yoxlanılması və kalibrovkası;
  4. Kanal relesinin yoxlanılması və ayarlanması;
  5. İstilikmübadiləedicinin mexaniki və ya kimyəvi yolla təmizlənməsi;
  6. Ehtiyac olarsa sistemə freonun əlavə edilməsi.

Fankoillara texniki qulluq/servis işlərinin təsnifatı

  1. Fankoylların elementlərinə baxışın keçirilməsi;
  2. Fankoylun girişində havanın temperaturunun nəzarəti;
  3. Fankoyldan çıxışda havanın temperaturunun nəzarəti;
  4. Birləşmələrdə maye axıntısının olub olmamasının yoxlanması;
  5. Termoizolyasiyanın zədələnməyə görə yoxlanması;
  6. Filtrlərin təmizlənməsi;
  7. Elektrik qidalanmasındakı gərginliyin ölçülməsi;
  8. Ventilyatorun mühərrikinin cərəyan şiddətinin yoxlanması;
  9. Fankoylda hava ıxacıın olub olmsının yoxlanılması, lazım olarsa çıxarılması;
  10. İstilikmubadiləedicinin yuyulması;
  11. Sutoplayıcının və drenaj magistralının yuyulması;
  12. Drenaj nasosunun və su səviyyə sensorunun təmizlənməsi.       

     Eyni zamanda şirkətimiz CHİLLER avadanlığının kompressorlarının yağ analizlərini həyata keçirir.  Bu tədbir kompressorların resursunun təyin edilməsi üçün vacib elementlərdən biridir. Azərbaycanda bu sahədə ixtisaslaşmış, belə işlərin həyata keçirilməsi üçün bütün lazımı avadanlığa, heyətə və beynəlxalq sertifikatlara malik laborotoriya ilə etdiyimiz əməkdaşlıq Sizi xaricdə bu tip analizlərin aparılması adı ilə alınan vəsaitə dəfələrlə qənaət etməyə imkan verəcəkdir.

     Hər hansı səbəbdən sıradan çıxmış soyutma sistemlərinin, onların elemetlərinin keyfiyyətli təmir-bərpa işləri isə sizləri sistemin bütövlükdə yenilənməsindən azad edəcək. Unutmaq lazım deyil ki, bu tip sistemlərdə təmir-bərpa işləri bir neçə sahənin mütəxəssisinin birgə fəaliyyətini tələb edir. Odur ki, bütün işləri qənaətbəxş şəkildə görə bilən 1 ustanın işinin effektivliyi, hər sahədə öz işini mükəmməl bacaran bir neçə mütəxəssisin gördüyü işin effektivliyinden hər zaman aşağı olacaqdır. Odur ki, yüz minlərcə dəyəri olan avadanlıqlarınızı peşəkarlara etibar edin! 

Bizə müraciət etməklə Siz aşağıda qeyd edilən üstünlükləri əldə edəcəksiniz:

Sifarişə operativ reaksiya

     Bizim qaynar xətt əlaqə vasitələrimizdən istifadə edərək  24/7 prinsipi ilə işləyən SİFARİŞ QƏBULU xidmətimizdən yararlana bilərsiniz. Probleminizin nədən ibarət olduğunu öyrənərək mütəxəssizlərimiz operativ şəkildə sifarişinizə reaksiya verəcəkdir.Bizim qaynar xətt əlaqə vasitələrimizdən istifadə edərək  24/7 prinsipi ilə işləyən SİFARİŞ QƏBULU xidmətimizdən yararlana bilərsiniz. Probleminizin nədən ibarət olduğunu öyrənərək mütəxəssizlərimiz operativ şəkildə sifarişinizə reaksiya verəcəkdir.

İşə məsuliyyətli yanaşma

     Mütəxəssislərimizin diqqətindən heç bir detal qaçmayacaq. Biz təkcə nasazlığın “simptomlarını” deyil, onun səbəbini  aradan qaldırırıq ki, bu da öz növbəsində problemlərin təkrar yaranmasının qarşısını alır.

İxtisaslı və təcrübəli mütəxəssislərin xidmətləri

     Bizə müraciət edərkən Siz probleminizi işin incəliklərinə bələd olan mütəxəssislərə etibar edirsiniz. Mütəmadi olaraq ixtisas artırma kurslarına cəlb edilən mütəxəssislərimiz istenilən avadanlıqlardakı  yenilik və innovasiyalardan xəbərdar olurlar və deməli daha effektiv təmir-bərpa, servis işlərini həyata keçirirlər. Keyfiyyə nəzarət bölməsinin əməkdaşları isə işlərin keyfiyyətlə görülməsi yoxlayıb  Sizə lazımı zəmanəti təqdim edirlər.

Təmir-bərpa: 

     Hər bir avadanlıq gec-tez sıradan çıxır. Bu zaman sıradan çıxmış avadanlığın ehtiyat hissə ilə təmin edilməsi və təmir işlərinin operativliyi Sizin diskomfortunuzla tərs mütənasibdir. Məhz bu tərs mütənasibliyi təmin etmək üçün CLİMASERVİCE şirkəti öz təchizat şöbəsi və təmir briqadaları ilə sərəncamınızdadır. İstənilən avadanlığın istənilən hissəsi dünyanın harasında olursa olsun gətirilməsi və təmir işlərinin yuksək keyfiyyətlə həyata keçirilməsi – məhz bu CLİMASERVİCE şirkətinin başlıca fərqləndirici xüsusiyyətidir.

Texniki qulluq (servis): 

     Növündən və təyinatından asılı olmayaraq bütün avadanlıqların istehsalçı tərəfindən müəyyən edilmiş qaydadadövri texniki qulluğa ehtiyacı vardır. Vaxtlı-vaxtında göstərilən texniki qulluq işləri avadanlığın iş resursunu artırar, elektrik enerjisinə qənaət etməyə imkan verər, qəfil sıradan çıxmaları minimuma endirmiş olar ki, bu da son nəticədə nəzərdə tutulmayan xərclərdən Sizi xilas etmiş olar. CLİMASERVİCE şirkətinin ixtisaslı işçi briqadaları öz materialtexniki bazaları ilə istənilən avadanlığa texniki qulluq işlərini yüksək səviyyədə həyata keçirmək imkanlarına malikdirlər.

Uyğun qiymət

      Siz əmin ola bilərsiziniz ki, qiymətləndirmə menecərlərimizin təyin etdikləri qiymətlər tamdır və işlərin qiymətləndirilməsi zamanı müəyyən edilən məbləğdən artıq əsaslandırılmamış xərciniz çıxmayacaqdır. Biz müştərilərimizdən işlərin keyfiyyətlə görülməsi üçün  lazım olandan artıq heç nə almırıq!

    Texniki qulluq işlərini CLİMASERVİCE şirkətində sifariş verməklə Siz uzun müddət mühəndis avadanlıqlarınızla bağlı problemləri unutmuş olarsınız. Müntəzəm dövri texniki qulluq (servis) işləri Sizə avadanlığınızın vaxtından əvvəl sıradan çıxmasının qarşısını alar, qənaət etmənizi təmin edər  və avadanlığın  resursunu xeyli artırmış olar.

Avadanlıqlarınızı peşəkarlara etibar edin!