Biz, CLİMASERVİCE şirkəti gənc, ambisiyalı, dinamik inkişaf edən və qarşımızda yüksək hədəflər qoymuş bir şirkətik.
Şirkətimiz 2008-ci ildə məişət avadanlıqlarının təmiri və servisi üzrə ixtisaslaşmış müəssisə kimi fəaliyyətə başlamış və qısa zaman ərzində xidmət spektrini xeyli genişləndirərək yarımsənaye və sənaye tipli avadanlıqlarının təmiri və servis işləri üzrə xidmətlər göstərməyə başlamışdır.
2013-cü ildən etibarən isə layihələndirmə və satışa istiqamətlənmiş fəaliyyətimiz potensial müştərilərə tam spektr xidmət göstərməyə imkan vermişdir.
Şirkətimizin mühəndis heyəti istənilən istiqamət üzrə qısa zamanda və tam balanslaşdırılmış layihələri ilə sifarişçinin ən yüksək tələblərini belə təmin etmək imkanlarına malikdirlər. Bu zaman birinci əldən olan layihələrimizin büdcəyə uyğunluğu və tamlığı Sizləri xoş mənada təəccübləndirəcəkdir.
Şirkətimizin strukturunda yer alan satınalma departamenti cihaz və avadanlıqları istər yerli, istərsə də xarici bazardan, birbaşa istehsalçıdan təmin etməklə qiymət və keyfiyyət baxımdan Sizlər üçün seçim alternativini təmin edəcəkdir.
Həmçinin CLİMASERVİCE şirkəti CLİMAVENETA (İtaliya), AHT (Avstriya), PRANA (Ukrayna), Mitsubishi (Yaponiya), Condair (İsveçrə), Hidros (İtaliya), Hitline (Ukraina), Copeland (USA), VatBuz (Türkiyə), Condair, Copeland, CAREL, HİDROS, EMİCON, HİTLİNE, AERMEC, OBEH, SetFil kimi şirkətlərin Azərbaycan Respublikasında rəsmi tərəfdaşıdır. Bu isə qeyd edilən şirkətlərin məhsullarına şirkətimiz tərəfindən eksklyuziv qiymətlər vermək imkanını saxlayır.
Şirkətimizin yüksək kvalifikasiyalı, təcrübəli mühəndis, usta və işçi heyəti isə layihə və satışın ardından avadanlıqların keyfiyyətli montajını, zəmanət və zəmanətdən sonrakı dövrdə reqlamentə uyğun texniki qulluq (servis) və lazım gələrsə təmir işlərinin keyfiyyətini təmin edir. Həmçinin qeyd etmək lazımdır ki, CLİMASERVİCE şirkəti istənilən növ mühəndis avadanlığı və sistemlərinin keyfiyyətli servisi və təmiri üçün tam spektr material-texniki bazaya malikdir və bu sahədə Azərbaycanda şəksiz liderlərdəndir!
Şirkətimizin strukturunda yer alan marketinq, texniki, təchizat, mühasibat şöbələrinin səlis və koordinasiyalı fəaliyyəti Sizinlə münasibətlərin rəsmiləşdirilməsində dəqiqliyi və rahatlığı təmin edəcəkdir. “Bir pəncərə” prinsipi ilə işlərə nəzarət imkanı tətbiqi işlərin başlanğıc mərhələsindən başlayaraq, layihələndirmə, satış, montaj işləri də daxil olmaqla bütün mərhələlərdə işlərə müdaxilə imkanlarını Sizələrə saxlayacaqdir.