CHİLLER – soyutma sistemləri

Binaların havalandırılması texnologiyasından biri də su soyuduculu sistemdir və yaxud proffesional dildə Chillerdir. Chiller mayeni (suyu) və ya digər maddələri soyutmaq üçün nəzərdə tutulmuş avadanlıqdır. Belə bir avadanlıq böyük bir məkanı, elecə də bütün bir binanı soyutmağa qadirdir. Chiller suyu soyudur və onu məkanın daxilində quraşdırılmış fancoilun istilik mübadiləedici, ya da havalandırmanın tərkibinə ötürür. Chiller bir neçə elementdən təşkil olunur:

  • elektrik mühərriki;
  • idarəetmə bloku;
  • soyuducu amilin genişlənməsi tənzimlənməsi və buxarlanması üçün qurğu;
  • kompressorlar;
  • kondensator.

chiller 2

Chiller-fancoil aşağıdakı üstünlüklərə malikdir:

  • böyük sahələr üçün nəzərdə tutulub;
  • kiçik həcm və sahə tutur;
  • chiller və daxili fancoillar arasında məsafəyə (yüz metrlərlə) məhdudiyyət yoxdur;
  • cüzi yerləşdirmə dəyəri;
  • maksimum təhlükəsizlik dərəcəsi.

Sxem

Fancoil - binalarda müxəlif təyinatlar üçün quraşdırılan qurğudur. Onun əsas funksiyası havanın temperaturunu tənzimləməkdir. Fancoil split siseminin daxili blokunun analoqudur (əvəzedicisidir). Beləliklə, soyuq maye Chillerden Fancoila ötürülür, hansı ki o da öz növbəsində ona daxil olan havaya, mövcud məkana lazım olan temperatura qədər istilik ötürür.

Fancoillar öz aralarında, gücündən, ölçüsündən, quruluşundan və bundan başqa idarəetmə üsulundan və xarici görünüşündən asılı olaraq çeşidlənir.

Fancoil quraşdırılma üsularına görə çeşidlənirlər: 

  • Kasset tipi;
  • Divar tipi;
  • Döşəmə tipi;
  • Kanal tipi;
  • Döşəmə-tavan tipi;
  • Gizli tavan tipi.

Fanc

İstənilən Fancoilun tərkibinə bir neçə element daxildir. Onlardan əsasları:

  • istilik mübadiləedici;
  • elektrik qızdırıcı (əsas qızdırıcı element);
  • havalandırma fanı;
  • idarəetmə paneli;
  • elekrik mühərriki;
  • hava filtri).