VRV (VRF) kondisioner sistemləri

Həm VRV, həm də VRF sistemləri eyni teknoloji sistemler olub, ayrı markalar tərəfindən istehsal olunur. VRV (VRF) sistem ümumi sahəsi 100-1000 kvadrat metr olan böyük obyektlərin isidilməsi və soyudulmasını təmin etmək üçün tətbiq olunur. Bir məkanda quraşdırılmış VRV/VRF sistemi havanı qızdırdığı kimi, həm də soyuda bilir. Bu isə onu ofis mərkəzləri, ticarət obyektləri, sənaye müəssisələri, çoxmərtəbəli binalar və s. üçün müxtəlif iqlim şəraitinə uyğun ən optimal avadanlıq edir. VRV/VRF sistemi hər blokun idarəetmə pultunun köməkliyi ilə hava göstəricilərinin fərdi tənzimlənməsini təmin etməyə yol verir.

VRF

VRV/VRF sistemlərində lazimi qovşaqlarda şaxələnən ümumi boru kəməri sistemindən istifadə olunur, bu da quraşdırmanı əhəmiyyətli dərəcədə ucuzlaşdırır və imkan verir ki, əlavə ana xətt salınmadan vaxtaşırı daxili blokların sayı artırılsın.Ona görə də güc itirmədən bloklararası əlaqənin uzunluğu 100 m-ə, hündürlük fərqi isə 50 m-ə çata bilər. Bu da imkan verir ki, xarici blok istənilən rahat yerdə – yardımçı məkanda, damda yerləşdirilsin.

VRF kondisioner

VRV/VRF sistem 3 rejimdə işləyə bilir:

  • Soyutma;
  • İsitmə;
  • Eyni zamanda hissələrlə həm isitmə, həm soyutma.