Havalandırma sistemləri ( AHU-rekuperator)

Havalandırma sistemləri bütün inzibati və yaşayış binalarında quraşdırılan ən mühüm sistemlərdən biridir. Havalandırma sistemlərinin texniki xüsusiyyətləri beynəlxalq standartların normalarına cavab verməlidir.

Havalandırma sistemlərinin mühüm əhəmiyyəti olmasının səbəbi onunla izah edilir ki, bu sistemlərin yoxluğu nəticəsində qapalı yerlərdə karbon qazının və digər zərərli qazların artması müşahidə olunur. Bu isə insanların birbaşa səhhətinə təsir edir.

havalandirma min

Havalandırma sistemləri aşağıdakı meyarlara görə təsnif olunur:

  • Havanın hərəkət etdirilməsi üsuluna görə: Təbii və mexaniki (məcburi);
  • Təyinatına görə : Vurma və sorma;
  • Hava dəyişimini təmin etməsinə görə: Ümumidəyişmə, təhlükəsizlik, tüstüsovurma;
  • Dizayn və quruluşuna görə: Kanal və Kanalsız.

havalandirma

Təbii havalandırma – Təbii havalandırma zamanı havanın hərəkət etməsi aşağıda göstərilənlərə uyğun aparılır:

  • Çöldə və içəridə (otaqlarda) hava hərarətinin fərqi nəticəsində yaranan havalandırma.
  • Təzyiqlər fərqinin yaranması nəticəsində yaranan havalandırma.
  • Küləkdən alınan təzyiqin təsiri nəticəsində yaranan havalandırma

Təbii havalandırma

Mexaniki havalandırma – Havalandırmanın bu növü ventilyator və havaverən maşınların istifadəsilə aparılan məcburi havalandırma sistemidir. Mexaniki havalandırma sistemlərində havanı uzaq məsafələrə hərəkət etdirən avadanlıq və cihazlardan istifadə edilir, onların arasında ventilyatorlar, elektrik mühərriklər, hava qızdırıcıları, filtrlər, avtomatika və s. var.

images

Vurma havalandırma sistemi – Qışda qıza bilməsi, yayda isə soyuya bilməsi mümkün olacaq qədər havanın içəri vurulmasını təmin edən havalandırma sistemidir. Bu havalandırma sistemi təmiz havanı içəri vurmaqla yanaşı, vurulan havanın təyziqi hesabına içəridə olan işlənmiş hava xaric edir.

4

Sorma havalandırma sistemi – Sorma havalandırma sisteminin əsas funksiyası içəridə olan tozu, havanın tərkibində olan zərərli qarışımları, pis qoxunu, eləcə də dəm qazını sovuraraq kənar edilməsidir. Bu havalandırma adətən damda yerləşdirilir. Bu havalandırma sistemini küləkdən qorumaq üçün adətən qoruyucu təbəqə inşa edilir.

Ümumidəyişmə havalandırma sistemi – İşlənmiş havanın sovurulmasının və təmiz havanın vurulmasınının mütəşəkkil axınını təşkil edir. Hava dəyişimi hər otaq üçün ayri xətlə həyata keçirilir və dəyişim zamanı otaqların havaları bir birinə qarışmır. Bu istənilən təyinatlı otaqların havasının dəyişdirilməsinin ən optimal və əlverişli formasıdır.

Tüstüsovurma – Tüstüdən müdafiə sistemlərinin əsas məqsədlərindən biri tüstü və zəhərli qazların lokallaşması, təxliyə yollarının boşaldılması və yanğının yarandığı binadanalardan insanların təhlükəsiz təxliyəsini təmin etməkdir. Alovlanma və binalarda tüstünün yayılması bir çox hallarda insanların tələf olmalarına və əmlaklarının çox hissəsinin itirilməsinə səbəb olur. Bununla əlaqədar olaraq, məhz tüstünün insan sağlamlığına zərər gətirdiyindən, bina və tikililərin layihələndirilməsində, mühəndislərin məqsədi havalandırma xəttlərinin və sistemlərinin diqqətli təhlilini aparmaq və insan sağlamlığının və əmlakının təhlükəsizliyini təmin etmək üçün yanan maddələrin uzaqlaşdırılmasını layihələndirmək olmalıdır.

131