DATA Center (SERVER) üçün həssas kondisionerlər

 

Server otaqlarının həssas tipli soyutma sistemləri, həssas (presizion) nəzarətli kondisionerlərdir. Bu kondisionerlər yerləşdiyi otağın temperatur, rütubətlilik, hərəkətlilik parametrlərinin dəqiq tənzimlənməsini təmin edən avtonom kabinə tipli kondisionerlərdir. Həssas (Presizion) kondisionerlər digər soyutma sistemlərinə görə aşağıdakı xüsusiyyətləri ilə fərqlənirlər:

  • Temperaturun tənzimlənməsi dəqiqliyi: ± 1°С
  • Rütubətliliyin tənzimlənməsi dəqiqliyi: + 5%
  • İşləmə mühitinin (çöl) temperatur göstəriciləri: +50°С - 60°С aralığı

 hassas klima e1542202456364

Server otaqlarının həssas tipli soyutma sistemləri texniki obyektlərdə quraşdırılmış texnoloji avadanlıqlardan istilik ayrılmalarını konpensasiya edir. Otaqda olan temperatur optimal temperaturdan nə qədər çox fərqlənərsə, avadanlıqların ömrü bir o qədər az, onların faydalı iş əmsalı aşağı olar. Həssas (presizion) nəzarətli kondisionerlər ayrılan istiliyin tənzimlənməsini effektiv təmin edir və otağın tələb onun temperatur və rütubətlilikdə saxlanmasını tənzimləyir.

hassas

Həssas (presizion) nəzarətli konsionerlərin tətbiq sahələri:

  • ATS stansiyalar;
  • Təhcizat otaqları.
  • Telekommunikasiya qovşaqları (kommutator, şlüzlər);
  • Baza və daşınabilən stansiyalar ( binalarda və ya konteynerlərdə);
  • Billinq mərkəzləri;
  • İnformasiya texnolgiyaları sektoru;
  • Server otaqları;
  • Məlumat bankları (Data Center).

Tibb sahəsi:

  • Tibbi diaqnostika otaqları;
  • Tibbi Labaratoriyalar.

hassas klima icin te b9b5776165c44a840125