Beton konstruksiyaların almaz ucluqlu avadanlıqla dəlinməsi və kəsilməsi xidmətləri.

Beton konstruksiyaların almaz ucluqlu avadanlıqla dəlinməsi və kəsilməsi işləri yüksək texnoloji avadanlıqların istifadəsi ilə həyata keçirildiyi üçün peşəkar yanaşma tələb edir. Bu tip işlər yalnız təcrübəli mütəxəssislərin iştirakı və nəzarəti ilə həyata keçirilir. Həmçinin şirkətimizin material-texniki bazası bu tip bütün işlərin öhdəsindən gəlməyə imkan verir.

Xidmətlərimiz:

- Betonda Ø16 -400 mm diametrində istənilən dəliyinaçılması;

- 60 sm dərinliyə qədər betonun kəsilməsi;

- Istənilən dəmir-beton konstruksiyalarının dağıdılması.

Almaz ucluqlu avadanlıqlarla dəlmə və kəsmə işininüstünlükləri:

  • İşlərin artıq yaşayış olan binalarda görülməsi imkanları;
  • Döşəmədə, divarda istənilən bucaq altında dəlmə vəkəsmə imkanları;
  • Digər dəlmə və kəsmə metodlarına görə çox yüksək sürət;
  • Qırıntı, toz və səs titrəşiminin olmaması;
  • Dəlik və kəsmələrin tam dəqiqiliyi.