Climaservice şirkəti dünyaca məşhur brendlərin Azərbaycanda rəsmi təmsilçisidir.

 

ventas logo6     VENTAS – İsitmə, soyutma, havalandırma və enerji verimliliyi sahələrində layihələndirmə, istehsalı üzrə ixtisaslaşmış şirkət kimi 2011-ci ildən etibarən fəaliyyətdədir və hazırda bu sahədə Türkiyənin qabaqcıl şirkətlərindəndir.  HVAC bazarının yeni markası VENTAS-ın məhsulları arasında rekuperator, fan coil, mərkəzi kondisioner sistemləri (AHU), aspirator, ventilyator, yer tipli konvektor, rooftop və chiller soyutma qrupu kimi cihazlar yer almışdır. 

CLİMASERVİCE şirkəti VENTAS şirkətinin  Azərbaycanda yeganə rəsmi tərəfdaşıdır.

 

devi logo4     DEVI – öz müştərilərinə elektrikli isitmə sahəsində yüksək keyfiyyətli texniki həlləri və uzun ömürlü materiallarlı ilə komfortlu həyatı təmin edir. 1942-ci ildə Danemarkada təsis edilən şirkət bu gün elektrikli isitmə siqmentinin şəriksiz lideridir. Şirkətin dəyərlərini  ən yaxşı şəkildə aşağıdakı sözlər anladır: “LİDER OL, ETİBARLI OL, SEVİL”.

 CLİMASERVİCE şirkəti DEVİ şirkətinin  Azərbaycanda rəsmi satış və texniki dəstək tərəfdaşıdır.

danfoss logo4     DANFOSS – 1933-cü ildə Danemarkada əsası qoyulmuş  beynəlxalq konsern sənaye və istilik avtomatikası, soyuducu texnika istehsalı üzrə hazırda dünya bazarının lideridir. Şirkətin aşağıda qeyd edilən inkişaf strategiyası stabil inkişaf dinamikasını təmin edir. Hədəfləri: sabahkı günü qurmaq. Prinsipləri: Keyfiyyət, etibarlılıq və innovasiyalarla müştəri sevgisini qazanmaq. Fəaliyyəti: Etibar, dürüstlük, gözləniləndən daha yaxşı icadlar, ekoloji tarazlıq.

 CLİMASERVİCE şirkəti DANFOSS şirkətinin  Azərbaycanda rəsmi satış və texniki dəstək tərəfdaşıdır.

prana logo4      PRANA – Enerji effektivliyi sahəsində bir sıra müasir texnalogiyaların müəllifi və istehsalçısı olaraq bu istiqamətdə 15 ildir ki, fəaliyyət göstərən Ukraynanın ilk şirkətlərindəndir. PRANA şirkətinin istehsal etdiyi 4-cü nəsil mis əsaslı istilikmübadilə elementli hava rekuperasiya sistemləri HVAC bazarında öz layiqli yerini tutmuşdur.

 CLİMASERVİCE şirkəti PRANA şirkətinin  Azərbaycanda yeganə rəsmi tərəfdaşıdır. 

climaventa logo4

     CLİMAVENETA İtaliyanın  HVAC avadanlıqları istehsalçısı olan CLİMAVENETA şirkəti 1971-ci ildə əsası qoyulmuşdur və bu gün artıq 1150 əməkdaşı, 245 milyon AVRO dövriyyəsi, 90000 m² sahəsi olan 9 müxtəlif istehsal zavodu ilə Avropanın bu sahədə şəksiz liderlərindəndir. Belə ki, şirkət istehsal həcminə görə Avropada birinci, dünyada isə 5-ci mövqeyi tutur.

CLİMASERVİCE şirkəti CLİMAVENTA şirkətinin  Azərbaycanda rəsmi texniki dəstək (servis) tərəfdaşıdır.     

aht logo4     AHT -  Ticarət soyuducu avadanlıqlarının  istehsalında lider olan şirkət  Avstriya və Avropanın bir çox başqa ölkələrində yerləşən 50000 m² ümumi istehsal sahəsi olan zavodları ilə xidmətinizdədir. Ana prinsipləri keyfiyyət, enerjiyə qənaət,  və müştəri məmnunnuğu olan şirkət 35 illik fəaliyyətindən daim inkişaf dinamikası göstərmişdir.

CLİMASERVİCE şirkəti AHT şirkətini Azərbaycanda rəsmi texniki dəstək (servis) tərəfdaşıdır.