Yanğınsöndürmə sistemləri

Yanğın zamanı tüstü istidən daha çox və sürətlə yayılır. Bu səbəbdən də ölüm halları əsasən tüstü zəhərlənməsi nəticəsində baş verir. Bunun qarşısını almaq üçün binalarda normativ tələblərə cavab verən tüstüsovurma sistemləri qurulur. Sistem tüstünü sovuraraq həm insanların zəhərlənməsinin, həm də təxliyyə zamanı insanların təxliyyə yolunun vizual görüntüsünün bağlanmasının qarşısını alır. Bunun üçün biz böyük həcmli havasovuran motorlardan, yanğın klapanlarından və tüstüdən mühafizə pərdələrindən istifadə edirik.

yanğınsöndürmə

Yanğından mühafizə sistemlərinin layihəsini hazırlayarkən mütəxəssilərimiz obyektin ölçülərini, təyinatını, tikinti zamanı istifadə olunan materialları, mümkün təxliyyə çıxışlarını və ən əsas normativ qaydaları nəzərə alırlar. Bu sistemlərin əsas tərkib hissələrindən biri yanğından mühafizə siqnalizasiyası sistemidir. Obyektin təyinatından, ölçülərindən və planından asılı olaraq hesabat aparılmalı, normativ qaydalara uyğun şəkildə lahiyə hazırlanmalı və lahiyəyə uyğun say və sxemdə yanğın xəbərdarediciləri quraşdırılmalıdır. İstifadə etdiyimiz xəbərdaredicilər yüksək keyfiyyətə, dayanıqlılığa və xüsusi sensor xassələrinə malikdirlər. Bu sistemlər qurularkən normativ qaydalar çərçivəsində müştərinin istəkləri, maliyyə imkanı və obyektin daxili görünüşünün esetetik xüsusiyyətləri nəzərə alınır. 

m2 2 300x300