Termohermetik evlər enerji qorunması baxımından effektivlidir. Lakin düzgün havalandırma olmadığı təqdirdə enerji itkisi yenə də qaçılmazdır. Həmçinin hermetik pəncərə və qapılar hava mübadiləsini məhdudlaşdırır. Rütubət artır, pəncərələr tərləyir, daha sonra isə divarlarda kif və göbələk yaranır.

     Havalandırma vaxtı istiliyin itirilməməsi üçün, istilik rekuperatorlu havalandırma sistemini quraşdırmaq lazımdır. Cəmi bir PRANA rekuplatoru eyni zamanda həm hava vurucu, həm də hava sorucu rejimdə işləyir.

      Rekupratorun iş prinsipi.

     Bayırdan isti (yayda) və ya soyuq (qışda) təmiz hava mis istilikmübadiləedicidən keçərək isinir (qışda) və ya soyuyur (yayda). Bu proses içəridən atılan çirkli havanın hesabına baş verir. Sorulan və vurulan hava işçi modulda qarışmadan fərqli kanallardan keçir. Mis istilikmübadiləedici havanı isitməklə (soyutmaqla) yanaşı həm də dezinfeksiya edir. Sistemin sadə idarə edilməsi və səssizliyi, mükəmməl rahatlığı təmin edir. PRANA rekuperasiya-havalandırma sistemi sizə qənaət etməyə imkan verir, təmiz hava ilə təmin edərək, komfortlu həyat bəxş edir.